Bağla

Select your preferred website

  • Bron edin
  • Bronu idarə edin
  • Onlayn qeydiyyat
  • Uçuş məlumatı
  • uçuş cədvəli
promoImage

Daha böyük aləmə, "oneworld" aləminə xoş gəlmisiniz

Bizə qoşul

OneWorld® alyansında dünyanın   aparıcı aviaşirkəti və təxminən 30 təyin edilmiş daşıyıcı birləşmişdir. Birlikdə, bu aviaşirkətlər dünyada   900-dən artıq istiqamətə hər gün təxminən 10,000 uçuş həyata keçirir.

OneWorld üzv aviaşirkətlərin hava yolları arasında vahid bilet satışı sistemini yaradan ilk qlobal alyansdır ki, bu da sizlərə bütün şəbəkədə daha asan transfer və daha böyük çeviklik imkanı təqdim edir.

Üstəlik, bizə üzv olan aviaşirkətin tez-tez uçan sərnişini kimi siz müvafiq OneWorld uçuşları üzrə xalları qazana və istifadə edə, həmçinin öz mükafat və güzəştlərinizi istifadə etmək üçün alyansa üzv olan digər aviaşirkətlərə də müraciət edə bilərsiniz.

Qlobal şəbəkə

Dünyanın daha çox nöqtəsinə bilet əldə edin. OneWorld alyansı işgüzar və turistik səfərlər üçün əsl qlobal şəbəkə təqdim etməklə dünyanın 150 ölkəsində təxminən 900 istiqamətə uçuşları həyata keçirir. OneWorld İnteraktiv Şəbəkə Xəritəsi sizə növbəti səfərinizi planlaşdırmağa kömək etmək üçün mükəmməl vasitədir və OneWorld alyansına üzv olan bütün hava yolları və onlara tabe olan şirkətlər üçün uçuş cədvəlləri və marşrutlar barədə məlumatları geniş şəkildə göstərir.

Tez-tez uçan sərnişin proqramının faydaları

OneWorld alyansının sərnişini kimi sizi dünyanın hər yerində məmnuniyyət gözləyir. Sizin tez-tez uçan sərnişin statusunuzu bütün üzv aviaşirkətlər tanıyır. Eyni zamanda siz təyyarənin hansı sinfində uçmağınızdan asılı olmayaraq OneWorld üzvlük statusunuza uyğun olaraq aşağıdakı bir sıra faydalardan istifadə edə bilərsiniz:*

  • Bütün dünyada 550 gözləmə salonundan istifadə
  • OneWorld Zümrüd üzvlük kartına malik sərnişinlər təyyarənin hansı sinif salonunda səyahət etməyindən asılı olmayaraq təhlükəsizlik məntəqələrinə yaxınlaşarkən "Fast Track - sürətli keçid" və "Üstün keçid" xidmətlərindən istifadə edə bilərlər.**

*Üstünlük verdiyiniz və ya əvvəlcədən sifariş etdiyiniz oturacaqda yerləşdirmə uçuşu yerinə yetirən OneWorld alyansına üzv aviaşirkətin fərdi siyasətinə uyğun baş verir. Birinci və biznes sinfi üçün qeydiyyat dayaqları və salonlar bütün hava limanlarında mövcud deyil. Salonlardan yalnız Zümrüd və Yaqut üzvlük kartına malik sərnişinlər istifadə edə bilərlər. Təhlükəsizlik zolaqlarında "Fast Track - sürətli keçid"dən istifadə və əlavə baqajın daşınması yalnız Zümrüd üzvlük kartına malik sərnişinlərə icazə verilir. OneWorld faydaları yalnız OneWorld alyansına üzv aviaşirkət tərəfindən yerinə yetirilən və satışa çıxarılan müntəzəm uçuşların sərnişinlərinə aiddir ("satışa çıxarılan" o deməkdir ki, sizin biletinizin üzərində OneWorld alyansına üzv aviaşirkətin uçuş nömrəsi olmalıdır). OneWorld barədə ətraflı məlumat üçün: www.oneworld.com. Air Berlin, American Airlines, British Airways, Cathay Pacific, Finnair, Iberia, Japan Airlines, LAN, Malaysia Airlines, Qantas, Royal Jordanian, S7 Airlines və oneworld müvafiq olaraq həmin şirkətlərin əmtəə nişanlarıdır. LAN Colombia hazırda OneWorld alyansına üzv deyil. ** Məhdudiyyətlər səbəbindən və ya Təhlükəsizlikdə "Fast Track - sürətli keçid" xidmətinin operatorları ilə lokal sazişlərin şərtlərinə əsasən hazırda OneWorld alyansına üzv şirkətlərin hamısı Zümrüd üzvlük kartına malik bütün sərnişinlərə bu faydanı təqdim edə bilmirlər.

 

Məhsulların tarifləri

Dünyanı kəşf etmək heç vaxt bu qədər asan olmamışdır. İstər tək bir ünvana uçun, istərsə də dünya səyahətinə başlayın, OneWorld sizə uçuşların bronlaşdırılması zamanı ən yaxşı seçimləri və çevikliyi təklif edir. OneWorld ilə dünya səyahətinə çıxarmış kimi bir tarifi ilə səyahət edin. OneWorld ilə Explorer tarifini və ya məsafədən asılı Global Explorer tarifini seçin. Bir neçə qitəyə OneWorld Dairəvi Tarifi ilə səyahət edin və eyni qitədəki müxtəlif yerləri OneWorld Səfər Kartı ilə kəşf edin.

Qlobal dəstək

Tanımadığınız hava limanlarında uçuşlararası bağlantı xüsusilə növbəti uçuşda gecikmə baş verdiyi hallarda narahatlığa səbəb ola bilər. Məhz buna görə də OneWorld alyansına üzv olan aviaşirkətlər uçuşlararası bağlantı mütəxəssislərindən ibarət qruplar yaratmaq üçün bir araya gəldilər: OneWorld Qlobal Dəstək. Alyansın şəbəkəsinə daxil olan ayrı-ayrı hava limanlarında uçuşlararası bağlantılar bu qruplar tərəfindən yaxından izlənir və növbəti uçuşda gecikmə baş verərsə, mümkün olan hallarda, sizinlə görüşür və köməklik göstərirlər. OneWorld Qlobal Dəstək qrupları növbəti uçuşa çatmağınıza kömək etmək məqsədilə immiqrasiya və təhlükəsizlik xidməti ilə əlaqə saxlayaraq sizə xüsusi "Fast Track - sürətli keçid" xidmətindən istifadəyə icazə verilməsi üçün əllərindən gələni edəcəklər. Bizim qruplar həmçinin marşrutunuzun son nöqtəsinə baqajınızın vaxtında çatdırılması üçün mümkün hər şeyi edəcəklər.

OneWorld Qlobal Dəstək hazırda London Heathrow, Madrid-Barajas, Nyu York JFK, Mayami, Dallas/Fort Uort, Çikaqo O'Hare, Los-Anceles və Sidney hava limanlarında mövcuddur. Təklif etdiyimiz bu xidmət ilə bağlı həmin hava limanlarında bəzi məhdudiyyətlər tətbiq oluna bilər.